Avropa çempionatına iştirak edəcək yunan-Roma güləşçilərimiz – ADLAR

Yunan-Roma güləşi üzrə millimizin Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxış edəcək heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək. Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.

Yığmamız sabah Polşaya yollanacaq. Komandamız böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin son üç günündə mübarizə aparacaq.

Xatırladaq ki, yarışda beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR