AVRO-2020: Bu gün çempion bəlli olacaq – AFİŞA

Bu gün AVRO-2020-yə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcək.

Londondakı “Uembli” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

Finala qədər İtaliya 12, İngiltərə isə 10 qol vurub. Əvəzində Britaniya təmsilçisi qapısında cəmi 1 top görüb. İtaliyalıların buraxdığı qol sayı isə 3-dür.

Qeyd edək ki, İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatında finala yüksəlib. İtaliya millisi isə ikinci dəfə qitə çempionu ola bilər.

İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar, 53 illik həsrətə son qoymağı hədəfləyiblər. Bu komanda AÇ-2000 və AÇ-2012-də də finalda uduzub.

AVRO-2020
Final

23:00. İtaliya – İngiltərə

Baş hakim: Byörn Kuypers (Niderland)

London, “Uembli” stadionu

Rəylər

OXŞAR XƏBƏRLƏR