AVRO-2020: Bakıdakı son oyuna 23 mindən çox bilet satılıb

Avropa çempionatının 1/4 final mərhələsinin bu gün Bakıda keçiriləcək Çexiya – Danimarka oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.

Bu barədə “Report”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, qarşılaşma üçün 23 000-dən bir qədər çox bilet satılıb: “Stadionda 24 000-dən artıq azarkeşin olacağı gözlənilir. Çünki hazırda bilet satışı davam edir”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq. BOS-da daha əvvəl A qrupunun 3 oyunu da baş tutub.

Rəylər

OXŞAR XƏBƏRLƏR