ATƏT-in fəaliyyətdə olan sədri bu gün Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Cənubi Qafqaz ölkələrində səfərdədir.

“Report” xəbər verir ki, ATƏT sədri Gürcüstana səfəri başa vurduqdan sonra bu gün Azərbaycana gələcək.

Martın 31-də Zbiqnev Raunun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir.

Azərbaycandan sonra ATƏT sədri Ermənistana yola düşəcək.

Səfərin məqsədi Cənubi Qafqaz regionunda əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına töhfə verməkdir.

Rəylər

OXŞAR XƏBƏRLƏR