Artırılmış reallıqla işləmək üçün proqram təminatı yaradılıb

A view of Facebook's logo May 10, 2012 in Washington, DC. Social-networking giant Facebook will go public on the NASDAQ May 18 with its initial public offering, trading under the symbol FB, in an effort to raise $10.6 billion. (Photo credit should read BRENDAN SMIALOWSKI/AFP/GettyImages)

“8th Wall” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk artırılmış reallıq platforması həm “iOS”, həm də “Android” sistemli qurğularda işləyir. Həmçinin “ARKit” (“Apple”) və “Tango” (“Google”) ilə inteqrasiya olunur. “8th Wall XR” adlı pulsuz plaqin istənilən smartfonda işləyir.

PostBaku.NET ICTnews-a istinadən yazır ki, “8th Wall” şirkəti “Google” və “Facebook”un keçmiş mühəndisləri tərəfindən təsis edilib. Startapın yaradıcıları artırılmış reallıq proqramlarını smartfon sahiblərinin 90%-i üçün əlçatan etməyə çalışırlar. Startapın nümayəndələri, həmçinin bildiriblər ki, “Norwest”, “Betaworks”, “VR Fund”, “SV Angel” və başqa şirkətlərdən 2,4 milyon məbləğində investisiya cəlb ediblər.

“8th Wall” şirkətinin “XR” plaqini artırılmış reallıq obyektlərinin real dünyaya daha yaxşı uyğunlaşması üçün qurğuya işığın istiqaməti və səthin strukturunu müəyyənləşdirməyə imkan verir.

Rəylər

You may also like...