“Apple” şirkətindən antirekord – Bir gündə 180 milyard dollar itirdi

“Apple” şirkətinin kapitalizasiyası sentyabrın 3-nə olan göstəricilərə əsasən, 180 milyard dollar azalıb.

Bu barədə “Barronʼs” nəşri yazıb.

Buna səbəb şirkətin səhmlərinin qiymətinin səkkiz faiz azalması olub.

Nəşr qeyd edir ki, bu, tarixdə dollarla hər hansı bir şirkətin dəyərinin sutka ərzində ən çox azalması halıdır. Buna qədər rekord 2008-ci ilin oktyabrında kapitalizasiyası 153 milyard dollar azalan “Volkswagen”də olub.

“Apple” şirkətinin bazar qiyməti iki trilyon dollardan artıq olaraq qalıb – 2.067 trilyon dollar.

Qeyd edək ki, şirkətin kapitalizasiyası ilk dəfə avqustun 19-da iki trilyon dolları keçib.

Rəylər

OXŞAR XƏBƏRLƏR