Amerikalı vunderkinddən möhtəşəm nəticə: 12 yaşında universitetə girdi, NASA-da işləmək istəyir – FOTO/VİDEO

ABŞ-ın Arizona ştatından olan 12 yaşlı qız artıq məktəbi bitirərək, universitetə ​​daxil olub. O, daha sonra NASA-da işləyərək kosmik tədqiqatlarla məşğul olmaq niyyətindədir.

Bu barədə “Unilad” nəşri xəbər verir.

Bildirilir ki, Alina Uiker uşaqlıqdan bəri “Lego” konstruksiyaları qurmağı sevib.

Ev təhsili sayəsində o, 12 yaşında orta məktəb tədris proqramını tamamlayıb və artıq Arizona Dövlət Universitetində təhsilinə başlayacaq.

Alina astronomiya, planetar elmlər və kimya sahələrində təhsil almağı planlaşdırır. O, 16 yaşına gəldikdə isə NASA-da işə düzəlmək və kosmik tədqiqatlar, xüsusən də Mars gəzintiləri üçün avadanlıqlar yaratmaq niyyətindədir.

“Yaşınızın və nə etməyi planlaşdırdığınızın heç bir əhəmiyyəti yoxdur. Bunu edin, xəyal qurun və sonra isə nail olun”, – deyə amerikalı qız uğurlarını şərh edib.

Rəylər

OXŞAR XƏBƏRLƏR