Amerikalı bəstəkar 100-cü yaşında vəfat edib

Amerikalı bəstəkar, yazıçı və Qremmi mükafatı laureatı Ned Rorem cümə günü Nyu-Yorkda 100-cü yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Boosey and Hawkes” musiqi nəşri məlumat yayıb.

“Boosey and Hawkes” 18 noyabr 2022-ci il tarixində 99 yaşında ailəsi və dostlarının əhatəsində Nyu-Yorkun Yuxarı Ves-Sayd səmtindəki evində vəfat edən amerikalı bəstəkar və yazıçı Ned Roremin ölümünü kədərlə bildirir”, – nəşrin bəyanatında qeyd olunub.

“Boosey and Hawkes”in yazdığına görə, N.Rorem 1976-cı ildə “Hava musiqisi: orkestr üçün on etüd”ə görə Politser və 1989-cu ildə ən yaxşı orkestr ifasına görə “Qremmi” mükafatlarını alıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR