Amerikalı alimdən şok iddia: “UNO pilotsuz uçan yad planetli gəmilərdir”

Amerikalı alim Jak Valle əmindir ki, UNO-lar pilotsuz uçan yad planetli gəmilərdir.

“Ölkə.Az” xəbər verir ki, ABŞ aerokosmik agentliyinin alimi olan Jak bu barədə açıqlama verib. Astronom, astrofizik, riyaziyyatçı, ufoloq və yazıçı-fantast olan Valle deyib: “Kosmosun ənginliklərində yaşayan yüksək inkişaf mərhələsinə adlayan yadplanetli sivilizasiyalar çoxdandır ki, bizim mövcudluğumuzdan xəbərdardılar. UNO əslində yadplanetlilərin pilotsuz uçan kəşfiyyat gəmilərdir. Yadplanetlilər bu gəmilər vasitəsilə bizi müşahidə edirlər”.
Jak Valle fikirlərini bir çox UNO müşahidələri nəticəsində toplanan informasiyalar çərçivəsində hazırlanmış genişmiqyaslı elmi işinin nəticələrinə əsaslanaraq iddia edir: “UNO müşahidələrini incələdim. Naməlum obyektlərin optik xarakteristikasını qiymətləndirdikdən sonra qərara gəldim ki, onlar pilotsuz uçan aparatlardır. Bu aparatlar ancaq yüksək inkişaf etmiş kənar sivilizasiyalara məxsus ola bilər. Çünki biz hələ bu tip texnologiyaya sahib deyilik”.
Rəylər

You may also like...