Almaniya ordusunda koronavirusu müəyyən edəcək itlər hazırlanır

Xərçəng və diabet xəstələrini iyləyərək tapa bilən detektiv itlər koronavirus xəstələrini də müəyyən edəcəklər.

Bu barədə “Hürriyet” nəşri məlumat yayıb.

Detektiv itlərdən koronavirusun müəyyən edilməsində istifadə məqsədilə ilk addımı Almaniya ordusu atıb. Ulm şəhərində orduya aid itlərin təlim mərkəzində 10-a yaxın heyvan bu istiqamətdə təlim keçir. İtlər alman çoban iti, ingilis kokker spanieli və retriver cinsindəndir.

Aparılmış testlər koronavirusun müəyyən edilməsi üçün itlərin istifadəsində 80 faiz uğura nail olunduğunu göstərib.

Rəylər

OXŞAR XƏBƏRLƏR