ABŞ Türkiyə və Suriya üçün 85 milyon dollar ayıracaq

ABŞ administrasiyası Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra bu ölkələrə humanitar yardım məqsədilə 85 milyon dollar ayıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərlə əlaqədar artan humanitar ehtiyacların ödənilməsi üçün 85 milyon dollar ayıracaq. Vəsait humanitar təşkilatlar vasitəsilə hər iki ölkədə zərərçəkmiş milyonlarla insana təcili ehtiyac duyulan yardımın çatdırılmasına yönəldiləcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR