ABŞ peyk əleyhinə silah sınaqlarına moratorium qoydu

ABŞ-ın vitse-prezidenti Kamala Harris Kaliforniyadakı “Vandenberq” Kosmik Qüvvələri bazasına səfəri zamanı peyk əleyhinə silahların sınaqlarına moratorium elan edib.

“Bu sınaqlar təhlükəlidir və biz onları etməyəcəyik”, – deyə vitse-prezident bildirib.

Onun sözlərinə görə, bu yolla ABŞ administrasiyası yeni qaydalar hazırlamaq və kosmosda işləmək üçün normalar müəyyən etmək istəyir.

ABŞ mediasının məlumatına görə, moratorium ideyası keçən il noyabrın 15-də Rusiya peyk əleyhinə sistemin sınaqlarının (hansı ki, fəaliyyətdə olmayan “Tselina-D” kosmik aparatını vurmuşdu) təəssüratı altında yaranıb. Həmin vaxt RF müdafiə naziri Serqey Şoyqu bildirmişdi ki, əmələ gələn fraqmentlər kosmik fəaliyyət üçün heç bir təhlükə yaratmır. ABŞ və NATO-dan isə dağıntı buludunun insan həyatı və kosmik gəmilər üçün təhlükəli olduğu bildirildi.

Birləşmiş Ştatlar bundan əvvəl “Minuteman III” qitələrarası ballistik raketin planlaşdırılmış sınağını təxirə salmış, sonra isə eskalasiyanın qarşısını almaq istədiyini bildirərək ləğv etmişdi. Bu ilin sonunda daha bir “Minuteman III” sınağı planlaşdırılıb.

Mənbə: RİA Novosti

Rəylər

OXŞAR XƏBƏRLƏR