ABŞ-ın İraqdakı hərbi bazasına növbəti raket zərbəsi endirilib: yaralananlar var

ABŞ-ın İraqdakı “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

“Reuters” xəbər verir ki, zərbə “Katyusha” tipli raket qurğularından endirilib.

Azı yeddi mərmi bazanın içərisindəki uçuş-enmə zolağına düşüb, nəticədə dörd İraq hərbçisi yaralanıb.

Qeyd edək ki, “Balad” bazası Bağdaddan 80 kilometr şımalda yerləşir. Bir neçə gün əvvəl bu baza artıq raket hücumuna məruz qalıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR