ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin üç müharibədə verdiyi itkilərdən çoxdur

ABŞ-da koronavirusdən ölənlərin sayı ölkənin II Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsindəki itkilərindən çoxdur.

Müvafiq hesablamalar TMZ portalı tərəfindən aparılıb.

Bildirilir ki, II Dünya müharibəsində 291 min, Vyetnamda 47,4 min, Koreya müharibəsində isə 33,7 min amerikalı əsgər ölüb.

Qeyd edək ki, ABŞ-da artıq 511 133 nəfər COVID-19 səbəbindən həyatını itirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR