ABŞ-da fermerlər Ukraynaya dəstək üçün nəhəng labirint yaratdılar – FOTO

Nyu-York ştatının kəndlərindən birində fermerlər ailəsi qarğıdalı tarlasında “We stand with Ukraine” (Biz Ukraynanın yanındayıq) sözləri yazılmış nəhəng labirint yaradıblar.

Kris və Con Kelderinin Ukraynada qohumları yoxdur və heç vaxt orada olmayıblar, lakin onlar amansız müharibəyə biganə qala bilməyiblər.

Martın əvvəlində onlar Ukraynaya dəstək verən humanitar mesaj kimi öz qarğıdalı tarlalarında labirint qurmaq qərarına gəliblər.

Kelders 250 hektarlıq sahədə lazımi işarələri tərtib edən dizaynerləri dəvət edib və onların layihəsi əsasında bitkilərin arasından əllə yollar çəkib. Nəticədə lazımi təsvir alınıb.

Cütlük layihədən əldə olunan gəlirin bir hissəsini Ukrayna üçün humanitar yardım fonduna köçürməyi planlaşdırır.

Mənbə: unian.net

Rəylər

OXŞAR XƏBƏRLƏR