5 milyondan çox Twitter istifadəçisinin məlumatları hacker forumunda satışa çıxarılıb

Hacker forumlarından birində internet istifadəçilərinin özəl məlumatlarını özündə birləşdirən növbəti məlumat bazası ortaya çıxıb. Söhbət, Twitter istifadəçilərinin özəl məlumatlarından gedir. Kibertəhlükəsizlik üzrə mütəxəssislər sözügedən məlumatlar bazasının necə sızdırıldığını və sosial şəbəkənin istifadəçilərini nələrin gözləyə biləcəklərini açıqlayıblar. Sözügedən məlumatlar bazasının mövcudluğunu Bleeping Computer adlı saytın əməkdaşları təsdiqləyiblər. Belə ki, onlar sözügedən məlumatlar bazasındakı bəzi məlumatları əldə edə biliblər. Məlumatda qeyd edilib ki, hackerlər 5.4 milyon Twitter istifadəçisinin elektron poçt ünvanlarını və mobil nömrələrini əldə edə biliblər. Sosial şəbəkənin təmsilçiləri də bu hadisənin baş verdiyini təsdiqləyiblər.

Lakin bununla yanaşı onlar qeyd ediblər ki, özəl məlumatları oğurlanmış istifadəçilərin şifrələrində dəyişiklik olmayıb. Mütəxəssislərin verdikləri məlumata əsasən hətta elektron poçt ünvanı ilə mobil nömrə məlumatlarının əldə edilməsi ciddi nəticələrə səbəb ola bilər. Məsələn mobil nömrədən istifadə edərək hackerlər istifadəçilərin anonimliklərini aradan qaldıra bilərlər. Bununla yanaşı hackerlər sözügedən məlumatlardan istifadə edərək istifadəçiləri izləyə bilərlər. Məlumata əsasən hackerlər heç də bütün məlumatları təqdim etməyiblər. Mütəxəssislərin hesablamalarına əsasən onlar 17 milyona yaxın Twitter istifadəçisinin məlumatlarını oğurlamış ola bilərlər. Twitter-in yeni sahibi Elon Musk bu barədə hələ heç bir fikir bildirməyib. Məlum olan odur ki, sözügedən məlumatlar bazası Musk-ın Twitter-i almasından daha öncə oğurlanıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR