Monthly Archive: Aprel 2023

Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı – VİDEO

İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər “Biz burdayıq” sözləri ilə yayılmışdı. Milli.Az bildirir ki, Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları...

İndoneziyada vulkan iki kilometr yüksəkliyə püskürdü

İndoneziyada Semeru vulkanı 16 dəfə püskürüb. Nəticədə onun külü iki kilometr hündürlüyə çatıb. “Püskürmələr arasında təxminən bir saat fərq olub. Onların hər biri orta hesabla 100 saniyə davam edib”,  – məlumatda deyilir. Bildirilir ki,...

Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat...

ABŞ və İsraildən gələn nümayəndə heyəti Şuşaya səfər edib

ABŞ-də fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, qonaqlar şəhərdə aparılan...

Azərbaycan Kubokunda rekord qeydə alınıb

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb. Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, bu, raundun ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Turnirin ilk matçlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i...

“Azad edilmiş ərazilər hesabına qızıl və gümüş satışından ciddi gəlir qazanılacaq” – FOTO

Azərbaycanda qızıl və gümüşün istehsalı və satışı artmaqdadır. Xüsusilə bu ilin əvvəlindən indiyə qədər olan statistikaya nəzər saldıqda qızıl və gümüş istehsalında ciddi irəliləyişin olduğu nəzərə çarpır. Ekspertlər isə bu artımı torpaqlarımızın işğaldan azad...

Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün 2023-cü il martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahan nəticələri DİM-in rəsmi internet...

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 140 vaksin vurulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci doza üzrə 89, ikinci doza üzrə 12,...

Ölən nənəsinin pensiyasını almaq üçün sənədləri saxtalaşdırdı

Lənkəran sakini ölən nənəsinin pensiyasını almaq üçün onun ölüm tarixini saxtalaşdırıb. Lənkəran rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında araşdırma...

Azərbaycandan İrana gedənlərin sayı azalıb

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,2 % artaraq 358,6 min nəfər olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunub...

“Formula-1”ə görə Bakının bütün mərkəzi hotellərində yerlər dolub

Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub”. Bu barədə “Trend”ə Azərbaycan Hotel Assosiasiyasından bildiriblər. Bildirilib ki, artıq“Formula-1” yarışları ilə bağlı paytaxtda yerləşən hotellərdə doluluq müşahidə olunur. “Yarışlarla bağlı şəhərin mərkəzində...

Bayram namazı bu saatda qılınacaq

“Bu il bayram namazı bəzi məscidlərdə aprelin 21-i saat 8:00-da, bəzilərində isə 9:00-da qılınacaq”. Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bayram namazının saatının seçilməsi məscidlərin...

SpaceX yaxın günlərdə Starship-in ilk orbital uçuşunu reallaşdırmağa yenidən cəhd göstərəcək

SpaceX şirkəti dünən Starship kosmik gəmisinin ilk orbital uçuşunu reallaşdırmalı idi. Lakin kosmik gəminin sürətləndirici raketindəki təzyiq klapanında olmuş problem səbəbilə şirkət ilk orbital uçuşu təxirə salmalı oldu. İndi isə SpaceX-in Twitter hesabında vermiş olduğu məlumata əsasən o, Starship-in...

Xiaomi Pad 6 planşetləri təqdim edilib – QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13 Ultra flaqman smartfonu ilə yanaşı Xiaomi Pad 6 planşet seriyasını da təqdim edib. Təqdim edilmiş yeni planşet seriyasına iki model daxil olub. Xiaomi Pad 6 və Pad 6 Pro. Bu planşetlər öz aralarında prosessor, batareya göstəriciləri...

Whatsapp-a animasiyalı emojilərin dəstəyi əlavə ediləcək

Whatsapp-da yeni funksiyanın testinə start verilib. Söhbət, animasiyalı emojilərdən gedir. Sözügedən funksiya messencerin yeni beta versiyasında aşkar edilib. Məlumatda qeyd edilib ki, Whatsapp-da animasiyalı emojilərin dəstəyi Lottie formatının istifadəsi ilə reallaşdırılıb. Whatsapp-da reallaşdırılmış animasiyalı emojilər Telegram-dakı animasiyalı...

Füzulidə şəhid ailələri üçün iftar süfrəsi açıldı – Fotolar

Füzuli rayonunda müqəddəs Ramazan bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün iftar süfrəsi açılıb. “Qafqazinfo” xəbər verir ki, iftarda Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının...

Ronaldo bu hərəkətindən sonra tənqidlərə məruz qaldı – Video

“Əl Nəsr”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo ötən gecə “Əl Hilal”la oyunda etdiyi hərəkətlə tənqidlərə tuş gəlib. “Qafqazinfo” xəbər verir ki, hücumçu 0:2 hesabı ilə uduzduqları qarşılaşmanın 57-ci dəqiqəsində rəqib futbolçu Qustavo Kuelyarı döyüş fəndi...

QMİ fitrə zəkatının məbləğini açıqladı

“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan...

Sabah bu ilin ilk Günəş tutulması olacaq

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi – Günəş tutulması olacaq.  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya bildirilib ki, tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5...

Britaniya Kralının şəxsi sərvəti açıqlandı

Böyük Britaniya kralı III Çarlzın şəxsi sərvəti 600 milyon funt-sterlinqə (745 milyon dollara) çatır ki, bu da onun anası Kraliça II Elizabetin (1926-2022) sərvətini üstələyir. 2022-ci ilin may ayında dərc olunan hesablamalara görə, mərhum...

Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə nazirlikdən bildirilib. Qeyd edilib ki, plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər...

Türkiyənin Suriyadakı hərbi bazalarına hücum olub

PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı dislokasiya zonasına hücum edib. Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində məlumat yayıb. “PKK/YPG terror təşkilatı Ramazan ayı olmasına baxmayaraq...

Ebeko vulkanı üç kilometrlik kül püskürdü

Rusiyanın Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, vulkanoloqlar Kuril silsiləsinin Paramuşir adasında yerləşən Ebeko vulkanında üç kilometr hündürlükdə kül emissiyası qeydə alıblar. Alimlər əhali üçün təhlükə olmadığını bildiriblər. “Bununla belə, vulkanın fəaliyyəti...