Daily Archive: November 24, 2022

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi

Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə...

Paşinyan: “Ermənistan sentyabrdakı toqquşmalardan kifayət qədər zərər çəkib”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT ölkələrini münaqişəyə cəlb etməyə çalışması ilə bağlı şərhləri manipulyasiya adlandırıb. “Mən Ermənistanın KTMT ölkələrini Azərbaycanla müharibəyə cəlb etməyə çalışması ilə bağlı şərhlərə cavab vermək istəyirəm. Bu, sırf...

“Google” işçilərin kütləvi ixtisarını planlaşdırır

ABŞ-nin “Google” şirkəti (“Alphabet Inc”in bir hissəsi) ən pis faydalı iş əmsalı (KPI – Key Performance Indicator) göstəricilərinə malik 10 000 işçini və ya işçilərin ümumi sayının 6%-ni ixtisar etmək niyyətindədir. Bundan əvvəl bir...

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq. “Qafqazinfo” xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni...

Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi rayonunda 2...

Fuad Nağıyev: “2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

İlkin proqnozlara görə, 2025-ci ilə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yerli və xarici turislər nəzərə alınmaqla, təxminən, bir milyon insan səfər edəcək. Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. “Hazırda Agentlik həmin ərazilərdə...

Macarıstan Ukraynaya 180 milyon avrodan çox vəsait ayıracaq

Macarıstan Ukrayna iqtisadiyyatının bərpası üçün bu ölkəyə 187 milyon avro verəcək. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı sənədi Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. “Xarici işlər və xarici iqtisadi əlaqələr naziri Ukraynaya...

İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. “Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə PA: “Terrorçular sosial mediada manipulyasiyaya cəhd edirlər”

“İstanbulda törədilən terror aktı və ya Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı yayılan dezinformasiyaları unutmaq olmaz”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, qlobal silaha...

Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib,...

“Azərbaycan Rusiya silah sənayesindən asılılığını azaldıb” – AÇIQLAMA

“Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azaldıb”. Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev “Azərbaycan Ordusu” qəzetində dərc olunan məqaləsində qeyd edib. Onun fikrincə, dronlar...

DTX rəsmisi: “İran Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir”

“İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir”. Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski deyib. O, bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

Azərbaycan nefti 5%-dək ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,31 ABŞ dolları və ya 4,73% azalaraq, 86,78 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı...

Sabahın hava proqnozu: Duman, çiskin gözlənilir

Azərbaycan ərazisində noyabrın 25-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz...

İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşdü – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib. Bu barədə İran səfirliyi “Telegram”da məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni...

Putin Paşinyanla bölgədəki münaqişənin tənzimlənməsini müzakirə edib

“Biz hələ avtomobildə gedərkən regional xarakterli məsələləri, o cümlədən bölgədəki münaqişənin tənzimlənməsi məsələlərini müzakirə edirdik”. Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bəyan edib. O qeyd edib ki, hökumət başçısıyla bölgədəki...

Ukraynaya Xəzər dənizindən onlarla raket atıldı

Noyabrın 23-də hava hücumundan müdafiə qüvvələri Ukraynanın kütləvi atəşə tutulması zamanı 70 raketdən 51-ni məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Hərbçilərin məlumatına görə, işğalçılar 10 ədəd Tu-95ms təyyarəsi vasitəsilə Rostov...

Makqreqorun rusiyalı dostu viskiyə görə onu məhkəməyə verdi

İrlandiyalı Konor Makqreqorun dostu, qarışıq döyüş növləri (MMA) döyüşçüsü Artem Lobov onu “Proper No.Twelve” viski markasına görə məhkəməyə verib. Məlumata görə, rus əsilli döyüşçü dostuna içki satışı ilə bağlı biznesin yaradılmasına kömək etmək məqsədilə...

Böyük Britaniya ilk dəfə Ukraynaya helikopterlər verəcək

Ukrayna Böyük Britaniyadan üç ədəd “Sea King” helikopteri alacaq. London ilk dəfə Kiyevə helikopterlər verir. Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində 10 min artilleriya mərmisi də veriləcək. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles noyabrın...

NASA Günəşin “qaşqabaqlı” şəklini paylaşdı – FOTO

ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanası Günəşin yeni fotosunu dərc edib. Fotoda Günəşin “qaşqabaqlı” olduğu bildirilib. Belə ki, Günəş Dinamikası Rəsədxanası daha əvvəl Günəşin “gülümsədiyi” fotosunu paylaşmışdı. Yeni görüntülərdə isə Günəş...

Ronalduya iki oyunluq cəza və 50 min funt sterlinq cərimə verildi

Kriştianu Ronaldu autizmli uşağa qarşı aqressiv hərəkətlərinə görə cəzalandırılıb. Aprel ayında portuqaliyalı xəstə azyaşlının mobil telefonunu sındırıb. Hadisə Premyer Liqanın 32-ci turunda “Mançester Yunayted”in “Everton”la oyunundan (0:1) sonra baş verib. İnsidentdən az sonra hücumçu...