2021-ci ilin ən populyar saytlarının adları açıqlanıb – SİYAHI

2021-ci ilin sonunda “Cloudflare” tərəfindən tərtib edilən ən populyar domenlər siyahısına TikTok.com başçılıq edir.

Bu barədə şirkətin saytında məlumat verilib.

2020-ci ildə ən çox ziyarət edilən resurs Google.com və onun xidmətləri olub. Həmin vaxt “TikTok” yeddinci və səkkizinci yerlərdə olub.

Lakin bu il ötənilki lider reytinqin ikinci pilləsinə düşüb.

Siyahıda üçüncü yeri “Facebook” tutub.

Bundan sonra ən popular domenlər siyahısında Microsoft.com, Apple.com, Amazon.com, Netflix.com, YouTube.com, Twitter.com, WhatsApp.com saytları gəlir.

Rəylər

OXŞAR XƏBƏRLƏR