2020-ci ildə milyonlarla cihaz “WhatsApp”sız qalacaq

“WhatsApp” messenceri 2020-ci ildə dünya üzrə milyonlarla cihazda çalışmayacaq.

“Daily Mail” xəbər verir ki, proqramın fəaliyyəti artıq köhnə əməliyyat sistemləri tərəfindən dəstəklənməyəcək.

Buna səbəb sözügedən əməliyyat sistemlərinin proqramın texniki imkanlarına cavab verməməsidir.

Beləliklə, 31 dekabr 2019-cu ildən “WhatsApp” “Windows Phone”larda fəaliyyətini dayandıracaq.

Fevralın 1-dən etibarən isə “WhatsApp” “Android”in 2.3.7 və daha əvvəlki versiyası olan cihazlar, habelə 8-ci versiyaya qədərki iOS əməliyyat sistemli cihazlarda çalışmayacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR