Daily Archive: November 30, 2019

Bu gün dörd oyunu Bakıda keçiriləcək Avro-2020-nin püşkü atılacaq

Bu gün Avro-2020-nin final mərhələsinin püşkatması olacaq. Oxu.Az xəbər verir ki, püşkatma Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Dörd səbətə ayrılmış 24 komanda altı qrupa bölünəcək. Avro-2020-yə vəsiqə qazanmış 20 komandanın adı bəllidir. Dördüncü səbətdə yer alacaq son...

Daha bir ölkə nüvə silahı əldə edəcək – QORXUNC İDDİA

Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər. Oxu.Az-ın məlumatına görə, Çinin “Sohu” nəşri belə iddia ilə çıxış edib....

Sabahın hava proqnozu açıqlanıb

Dekabrın 1-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi...

MN: Hərbi qulluqçunun həlak olması barədə erməni mətbuatının yaydığı məlumat növbəti dezinformasiyadır

“Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti “Report”un sorğusuna cavabında bildirib. “Rəsmi olaraq bildiririk...

Qışın ilk ayında neçə gün dincələcəyik?

Dekabr ayının qeyri-iş günləri məlum olub. Oxu.Az-ın məlumatına görə, Azərbaycanda bələdiyyə seçkilərinə görə Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü ölkədə qeyri-iş günüdür. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü də iş günü hesab edilmir.