Ən çox əhalisi olan ölkə – Çin geridə qaldı

Hindistan əhalisinin aprelin ikinci rübündə 1 milyard 423 milyon nəfərə çatacağı gözlənilir
Bakupost.az xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatı məlumat verib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun hazırladığı hesabatda Hindistanın 2023-cü ildə Çini keçəcəyi proqnozlaşdırılıb.
Bunun aprelin sonunda baş verəcəyi bildirilib.
Çində əhalinin sayı 60 ildə ilk dəfə azalıb.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisinin sayı 1960-cı illərdən bəri ilk dəfə olaraq 850 min nəfər azdır.
Qeyd edək ki, hesablamalara görə, ümumilikdə dünya əhalisinin sayı noyabrda 8 milyarda çatacaq. 2100-cü ildə isə 10 milyardı keçəcək.
Rəylər

You may also like...